Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu  Azərbaycanda qadınların, ana və yenidoğulmuşların sağlamlığının qorunması sahəsində  ixtisaslaşmış qocaman müalicə ocaqlarından biridir.

 İnstitut 1986-cı ildə təşkil olunmuşdur.  Qeyd etmək lazımdır ki, institutun iş fəalliyyətinin ərazi prioriteti üzrə qurulmasına baxmayaraq digər şəxslərə də (onların daimi yaşayış yerindən asıli olmayaraq) analoji tibbi xidmət göstərilir. Respublikanın digər regionlarından, yaxın və uzaq xaricdən olan xəstələr institutumuzda lazımı tibbi müayinədən keçərək müvafiq müalicə ala bilərlər. Bəzi hallarda səhiyyə  nazirliyinin müvafiq orqanları ilə razılaşdırılmış göndərişlə də qəbul edilir.

Beləliklə bugün institutun diaqnostik və müalicə potensialı ciddi mamalıq-ginekologi problemi olan bütün pasientlər üçün əlçatardır.