Qanunvericilik səviyyəsində dəstək
ACQUIRE Layihəsi RS sahəsində xidmətlərin yaxşılaşdırılması və RS-lə bağlı qanunvericilikdə dəyişikliklərə dəstək vermək məqsədilə RS üzrə Milli Strategiyanın, RS üzrə qanunun, AP üzrə protokollar və təlimatların hazırlanmasında və həyata keçirilməsində Səhiyyə Nazirliyi, Reproduktiv Sağlamlıq üzrə Milli Ofis və Milli Məclisə texniki dəstək göstərmişdir. Reproduktiv Sağlamlıq üzrə Milli Strategiyanın (2008–20015) hazırlanması üzrə fəaliyyət yekunlaşmış və Səhiyyə Nazirliyi tərəfindən 2008-ci ildə təsdiq edilmişdir.
Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması üzrə klinik protokollar təsdiq olunmuş və 2009-cu il iyul ayında ölkə üzrə icbari istifadə üçün tibb işçilərinə təqdim olunmuşdur.


