Tibb işçiləri ilə fəaliyyət növləri
RS və AP üzrə xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə ACQUIRE Layihəsi tibb işçilərinə kontraseptiv vasitələr haqqında yeni məlumatlar, UDV üzrə xidmətlər, məsləhət xidmətinə yanaşmalar, infeksiyanın profilaktikası protokolları və dəstəkverici rəhbərlik daxil olmaqla keyfiyyətin yaxşılaşdırılması alətlərinin və yanaşmalarının istifadəsinə dair təlimlər keçirir. 6 təlim vəsaiti uyğunlaşdırılmış və tərcümə olunub hazırlanmışdır. 3 əyani vəsait hazırlanmış və istifadə üçün tibb işçilərinə təqdim olunmuşdur. ACQUIRE Layihəsi həmçinin, Dövlət Tibb Universiteti ilə əməkdaşlıqda AP mövzularını diplomaqədər və diplomdansonrakı təhsil proqramına inteqrasiya edilməsi ilə bağlı təşəbbüs göstərilmişdir.
Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə ACQUIRE Layihəsi tibb müəssisələrinin inşası, təmiri və təchizatı ilə bağlı yerli səhiyyə idarələri və icmalarla əməkdaşlıqda fəaliyyətlər həyata keçirir.


