Kombinə olunmuş həblər
Kombinə olunmuş həblər hamiləlikdən qorunmaq məqsədilə gündə bir dəfə qəbul olunur. Qadınlar arzuolunmaz hamiləliyin qarşısını almaq üçün belə həblərdən istədikləri müddət ərzində istifadə edə bilərlər. Bu həblər yumurta hüceyrəsinin yumurtalıqdan xaric olmasını dayandırır və nəticədə qadın hamilə qalmır.
Həblər qadın orqanizmi üçün zərərsizdir və təhlükəli deyil. Qəbul qaydalarına düzgün əməl edildikdə onlar çox effektivdir.
Həblərdən istifadə edərək hamiləliyin qarşısını almaq baş vermiş hamiləliyi abort yolu ilə dayandırmaqdan daha təhlükəsizdir.
- Yüksək dərəcədə etibarlıdır
- Müxtəlif yaşda olan qadınlar istifadə edə bilər
- Dönən üsuldur. Yəni, qadın həblərin qəbulunu dayandırdıqdan sonra yenidən hamilə qala bilər
- Aybaşı dövrunu tənzimləyir, aybaşı ağrılarını və qanaxmanın miqdarını azaldır.
- Mövcud olan yanlış fikirlərin əksinə olaraq, aşağıdakı halların yaranma ehtimalını azaldır:
- uşaqlıq və yumurtalıqların xərçəngi və kistas
- süd vəzi xəstəlikləri
- kiçik çanağın iltihabi xəstəlikləri
- qanazlığ
Doğmuş və doğmamış qadınların əksəriyyəti bu həblərdən istifadə edə bilər.
Aşağıdakı qadınlar bu həblərdən istifadə edə bilməz:
- Körpəsini döşlə əmizdirən qadınlar (həblər, ana südünün keyfiyyətinə və miqdarına təsir edir)
- Yüksək qan təzyiqi, ürək, qara ciyər və ya öd kisəsi xəstəlikləri olan qadınlar.
- Yaşı 35-dən yuxarı olan siqaret çəkən qadınlar.
Əgər Siz kombinə olunmuş həblərdən istifadə edə biləcəyinizi araşdırmaq istəyirsinizsə, yaşayış yerinizdə çalışan təlim keçmiş tibb işçisinə müraciət edin.
- Aybaşı başladığı gündən etibarən birinci 5 gün ən münasib vaxtdır.
- Abortdan dərhal sonra.
- Doğuşdan sonra:
- Əmizdirən qadınlar: doğuşdan 6 ay sonra
- Əmizdirməyən qadınlar : doğuşdan 3 həftə sonra (bu halda həkim məsləhəti tələb olunur)
Bu həblərin 21 və 28 həblik bağlamaları istehsal olunur.
21 həblki bağlamadakı həblərin hamısı eyni rəngdə olur. 28 həblik bağlamada isə həblərin 21-i bir rəngdə,digər 7-si isə başqa rəngdə olur.
- “1” rəqəmi ilə işarələnmiş həbdən başlayıb hər gün, yaxşı olar ki, eyni vaxtda bir həb qəbul edin. Həbləri axşam saatlarında yatmazdan əvvəl qəbul etmək daha münasibdir.
- Bağlamanın üzərindəki ox işarəsi və ya nömrə istiqamətinə uyğun olaraq ertəsi gün növbəti həbi qəbul edin. Gündə bir həb olmaqla bağlamadakı həbləri sona qədər qəbul edin.
28 həbli bağlamadakı fərqli rəngdə olan 7 həbi qəbul edərkən sizdə aybaşının olması ehtimalı vardır.
- Bağlamadakı axırıncı həbi qəbul etdikdən sonra:
- 21 həblik bağlama olarsa:
yeni bağlamanın qəbuluna başlamazdan əvvəl 7 gün fasilə verin. Sonra yeni bağlamadakı 1-ci həbi qəbul edin və əvvəlki qayda ilə gündə bir həb olmaqla qəbulu davam edin
- 28 həblik bağlama olarsa: fasilə vermədən növbəti gün yeni bağlamadakı 1-ci həbi qəbul edin. Gündə bir həb olmaqla yeni bağlamadakı həblərin qəbulunu davam edin
Siz həbləri hamiləlikdən qorunmaq istədiyiniz müddət ərzində qəbul edə bilərsiniz. Əgər Siz hamilə qalmaq istəyirsinizsə həblərin qəbulunu dayandırmaq lazımdır. Amma, bağlamadakı həblərin sonadək qəbul edilməsi məsləhət görülür.
1 və ya 2 həbin qəbulu yaddan çıxarsa:
- Yadınıza düşən kimi dərhal unudulmuş həbin birini qəbul edin. Deməli, həmin gün Siz iki həb qəbul edəcəksiniz (ola bilər ki, iki həbi eyni vaxtda qəbul etməli olacaqsınız). Ertəsi gün həblərin qəbulunu əvvəlki qaydada, yəni gündə bir həb olmaqla davam edin.
3 və daha çox həbin qəbulu yaddan çıxarsa:
- Mümkün qədər tez tibb işçisinə müraciət edin.
VƏ YA
- Aybaşı olana qədər cinsi əlaqədən çəkinin və ya kondomdan istifadə edin. Aybaşının birinci günü yeni həb bağlamasının qəbuluna başlayın.
Əgər Siz həbləri qəbul etməyi tez-tez yaddan çıxarırsınızsa, tibb işçisinə müraciət edin və başqa üsul seçin.
Həblərin qəbuluna başladıqdan sonra 2-3 ay ərzində bəzi qadınlarda ürəkbulanma, aybaşılar arasında qan ləkələri və ya qanaxma, baş ağrıları, süd vəzilərinin gərginləşməsi, çəkinin bir qədər artması müşahidə oluna bilər.
Narahat olmayın!
Bu əlamətlər təhlükəli deyil və həblərdən istifadə edən qadınlarda adi haldır. Onlar tədricən keçib gedir.
Həblərin yatmazdan əvvəl və ya yemək zamanı qəbul edilməsi əlavə təsirləri azaldır. Həblərin vaxtında qəbul olunmaması və ya yaddan çıxarılması isə əlavə təsirləri artırır.
Həkimə yalnız aşağıdakı əlamətlər müşahidə olunduğu halda müraciət etməlisiniz:
- Döş qəfəsində kəskin ağrılar və ya tənəffüsün çətinləşməsi;
- Görmə problemləri ilə müşayiət olunan kəskin baş ağrıları;
- Ayaqlarda və ya qarın nahiyəsində kəskin ağrılar.
Bu əlamətlər çox nadir hallarda rast gəlir.
Xeyr. Elmi tədqiqatlar göstərir ki, həblər uşaqlıq və yumurtalıq xərçənginin yaranma ehtimalını azaldır.
Xeyr. Həblər yalnız istifadə edildiyi müddət ərzində təsir edir. Hamilə qalmaq istədikdə qadın bağlamanın sonuncu həbini qəbul etdikdən sonra üsulun istifadəsini dayandıra bilər. Bununla da qadının hamilə qalmaq qabiliyyəti bərpa olunur.
Bəli. Həm doğmuş, həm də doğmamış qadınlar heç bir təhlükə olmadan bu həblərdən istifadə edə bilər.
Xeyr. Qadın hamiləlikdən qorunmaq istədiyi müddət ərzində fasilə vermədən həblərdən istifadə edə bilər.
Kombinə olunmuş həblər çox effektiv və təhlükəsizdir. Onların istifadəsi asandır. Əgər Siz hamiləliyinizi planlaşdırmaq üçün bu həblərdən istifadə etmək istəyirsinizsə və ya hamiləlikdən qorunmanın Sizə uyğun olan başqa üsulunu seçmək istəyirsinizsə:
- ətraflı məlumat almaq üçün «nar» emblemi daşıyan tibb müəssisəsində çalışan təlim keçmiş tibb işçisinə müraciət edin;
- istifadəyə başlamaq üçün «nar» emblemi daşıyan tibb müəssisəsində çalışan təlim keçmiş həkimə müraciət edin;
- həbləri «nar» emblemi daşıyan apteklərdən əldə edin.
Kombinə olunmuş həblər Cinsi Yolla Yoluxan İnfeksiyalar və HİV/AİDS (SPİD)-dən qorumur!
Yadda saxlayın! Abortla muqayisədə hamiləlikdən qorunmanın müasir üsullarından istifadə OLDUQCA TƏHLÜKƏSİZDİR. Abort qadının həyatına təhlükə yaradır və gələcəkdə onun hamilə qalmaq ehtimalını azaldan ağırlaşmalara səbəb ola bilər.