Kondomlar (prezervativlər)
Ananın və onun körpəsinin sağlam olması üçün doğuşlararası fasilə ən azı 3 il olmalıdır
Kondom rezin materialdan (adətən, lateksdən) hazırlanmış nazik, elastik və keçiriciliyi olmayan kisəcikdir. Cinsi əlaqə zamanı kondom kişi cinsiyyət üzvünə taxılır. Qadının hamilə qalmaması üçün kişilər hər cinsi əlaqə zamanı kondomdan istifadə etməlidirlər.
Kondom həm hamiləlikdən, həm də Cinsi Yolla Yoluxan İnfeksiyalardan və HİV/AİDS (SPİD)-dən qoruyan yeganə üsuldur.
Əgər hər cinsi əlaqə zamanı kondomdan istifadə olunarsa, onlar həm hamiləliyin, həm də Cinsi Yolla Yoluxan İnfeksiyaların və HİV (SPİD)-in qarşısının alınmasında yüksək dərəcədə effekivdir. Hər cinsi əlaqə zamanı yeni kondomdan istifadə olunmalıdır. Hətta qorunmamış bir cinsi əlaqə hamiləlik və ya Cinsi Yolla Yoluxan İnfeksiyalar və HİV-ə yoluxma ilə nəticələnə bilər.
- Həm hamiləlikdən, həm də Cinsi Yolla Yoluxan İnfeksiyalardan və HİV-dən qoruyan yeganə üsuldur
- Hamiləlik və infeksiyaların qarşısının alınmasında kişilərin iştirakını təmin edir.
- Apteklərdən asanlıqla almaq mümkündür
- Cinsi həzzi artırır, çünki hamilə qalmaq ehtimalı, Cinsi Yolla Yoluxan İnfeksiyalar və HİV-ə yoluxma təhlükəsi olmur.
- Həkim təyinatı olmadan istifadə edilə bilər
Kondom həm hamiləlikdən, həm də Cinsi Yolla Yoluxan Infeksiyalardan və HİV/AİDS ((SPİD) -dən qoruyan yeganə üsuldur
Bütün cütlüklər kondomdan istifadə edə bilər. Cinsi Yolla Yoluxan İnfeksiyalar və ya HİV-ə yoluxma ehtimalı yüksək olan kişi və qadınlar üçün kondomlar ən münasib üsuldur.
- İstifadə etməzdən əvvəl yararlılıq müddətini və istehsal tarixini yoxlayın. Kondomlar istehsal olunduğu gündən etibarən 3 il ərzində istifadə oluna bilər.
- Kondom bağlamasını ehtiyatla açın.
- Kondomun ucunu sıxın (havanın xaric olması üçün) və onu qərilmiş kişi cinsiyyət üzvünün ucunda yerləşdirin.
- Kondomu kişi cinsiyyət üzvünün əsasına qədər açın.
- Sperma ifrazından sonra kişi cinsiyyət üzvü yumşalmazdan əvvəl kondomu onun əsasında sıxın və penisi uşaqlıq yolundan çıxarın. Bunu ehtiyatla edin ki, sperma uşaqlıq yoluna sızmasın.
- 6. İstifadə olunmuş kondomu düyünləyin və zibil qutusuna atın.
Kondomun sürüşkənliyini artırmaq üçün bitki yağı, uşaq kremləri, vazelin və ya dəri losyonlarından istifadə etməyin. Onlar kondomun asanlıqla zədələnməsinə səbəb ola bilər.
Xeyr. Lakin nadir hallarda lateksə qarşı allergiya müşahidə oluna bilər.
Xeyr, bu səhv fikirdir. Düzdür, istifadəçiləri çox vaxt kondomun cırılması narahat edir. Lakin, düzgün istifadə olunduqda kondom nadir hallarda cırılır.
Bəzi adamlar qeyd edir ki, kondomlar cinsi həzzi azaldır.
Bir çoxları üçün isə əksinə, kondomlar cinsi həzzi artırır. Çünki, kişilərin cinsi əlaqəni yarımçıq dayandırmağa ehtiyac olmur. Həmçinin, hamilə qalmaq və ya Cinsi Yolla Yoluxan İnfeksiyalara və HİV-ə yoluxmaqla bağlı narahatlıqlar yaranmır.
Yadda saxlayın!
Abortla muqayisədə hamiləlikdən qorunmanın müasir üsullarından istifadə OLDUQCA TƏHLÜKƏSİZDİR. Abort qadının həyatına təhlükə yaradır və gələcəkdə onun hamilə qalmaq ehtimalını azaldan ağırlaşmalara səbəb ola bilər.
Kişi kondomları asan istifadə olunan və hamiləlikdən qorunmanın çox etibarlı üsuludur. Kondomları «nar» emblemi daşıyan apteklərdən əldə edə bilərsiniz. Əgər Siz hamiləliyinizi planlaşdırmaq üçün başqa üsulunu seçmək istəyirsinizsə:
- Ətraflı məlumat almaq üçün "nar" emblemi daşıyan tibb müəssisəsində çalışan təlim keçmiş tibb işçisinə müraciət edin.