Təcili kontrasepsiya

Təcili Kontrasepsiya Üsulları qorunulmamış cinsi əlaqədən SONRA 5 GÜN ƏRZİNDƏ istifadə olunur və qadını arzuolunmaz hamiləlikdən qoruyur.

Bu üsullara Təcili Kontrasepsiya Həbləri və Spiral (uşaqlıqdaxili vasitə) aiddir.

Təcili Kontrasepsiya Üsulları aşağıdakı hallarda istifadə oluna bilər:

  • qadın qorunulmamış cinsi əlaqədə olduqda;
  • qadının daimi istifadə etdiyi üsul uğursuz olduqda: məsələn, kondom cırılarsa, spiral düşərsə, həblərin qəbulu unudularsa);
  • zorlanma hallarında.

Təcili Kontrasepsiya Həbləri (TK həbləri)

Apteklərdə TK həblərinin bir və ya iki həblik bağlamaları satılır.

 

 

 


Bağlama 1 həblik olarsa, həb qorunulmamış cinsi əlaqədən sonra 5 gün ərzində qəbul edilməlidir. Həb cinsi əlaqədən sonra 3 gün ərzində qəbul edilərsə, onun səmərəsi daha çox olar.

Bağlama 2 həblik olarsa, qadın həbləri 2 qaydada qəbul edə bilər:

1-ci qayda: həbin hər ikisi birgə qorunulmamış cinsi əlaqədən sonra 5 gün ərzində qəbul edilməlidir. Həblər cinsi əlaqədən sonra 3 gün ərzində qəbul edilərsə, onun səmərəsi daha artıq olar.

2-ci qayda: həbin biri qorunulmamış cinsi əlaqədən sonra 3 gün ərzində, digəri isə birinci həbin qəbulundan 12 saat sonra qəbul edilməlidir.

TK həbləri qorunulmamış cinsi əlaqədən sonra nə qədər tez qəbul edilərsə, onların səmərəsi bir o qədər çox olur.



Bütün qadınlar TK həblərini istifadə edə bilər, çünki onların istifadəsinə heç bir əks göstəriş yoxdur.


TK həblərinin qəbulundan sonrakı həftə ərzində ürəkbulanma, qusma, başgicəllənmə və baş ağrıları müşahidə oluna bilər.
Həmçinin, TK həblərinin qəbulundan sonra qadında 1-2 gün ərzində az miqdarda qeyri-müntəzəm qanlı ifrazat müşahidə oluna bilər. Növbəti aybaşı vaxtından tez və ya gec başlaya bilər.

Bu dəyişikliklər təhlükəli deyil və müalicə tələb etmir. Onlar öz-özünə keçib gedir.


Əgər TK həblərinin qəbulundan sonra aybaşı adəti vaxtından bir həftə gec başlayarsa, qadın həkimə müraciət etməli və onun hamilə olub-olmadığı müəyyən olunmalıdır.


Xeyr. Hamilə qadın bilməyərəkdən TK həbləri qəbul edərsə və ya TK həblərinin gec qəbul edilməsi səbəbindən hamiləlik baş verərsə, həblər bətndəki körpədə heç bir qüsur törətmir və hamiləliyi pozmur.


Xeyr. TK həblərini daimi istifadə etmək olmaz. TK həblərinin qəbulundan sonra qadın arzuolunmaz hamiləlikdən qorunmaq üçün daha səmərəli üsulların istfadəsi haqqında düşünməlidir: məsələn, kondom, spiral, həblər.