Uşaqlıqdaxili vasitələr (spirallar)

Uşaqlıqdaxili Vasitə (UDV) və ya Spiral uşaqlıq boşluğuna yerləşdirilən  üzərinə mis məftil sarılmış kiçik plastik vasitədir. UDV kişi cinsi hüceyrələrinin hərəkətini zəiflədir və onların qadın yumurta hüceyrəsini mayalandırma qabiliyyətini azaldır. Beləliklə qadın hamilə qalmır.


UDV qadın orqanizmi üçün zərərsizdir və təhlükəli deyil. Düzgün yerləşdirildikdə yüksək dərəcədə effektivdir.
UDV-dən istifadə edərək hamiləliyin qarşısını almaq baş vermiş hamiləliyi abort yolu ilə dayandırmaqdan daha təhlükəsizdir.

  • UDV – Spiral qadını uzun müddət ərzində hamiləlikdən qoruyur (bəzi növləri 10 ilə qədər və daha artıq).
  • Cüzi xərclə uzun müddət ərzində hamiləlikdən qorunmaya imkan yaradır.
  • İstifadəsi asandır – xüsusi qaydalara əməl etmək tələb olunmur
  • Cinsi əlaqəyə mane olmur
  • Döşlə əmizdirən qadınlar da istifadə edə bilər
  • Doğuş və abortdan dərhal sonra daxil edilə bilər.
  • İstənilən vaxt çıxardıla bilər və qadının hamilə qalma qabiliyyəti dərhal bərpa olunur.


Qadınların əksəriyyəti UDV-dən istifadə edə bilər. Bu üsul ağır fiziki işlə məşğul olan, yenicə abort etdirmiş və döşlə əmizdirən qadınlar üçün münasib seçimdir.

Əgər siz UDV-dən istifadə edə biləcəyinizi araşdırmaq istəyirsinizsə ginekoloqa müraciət edin.


  • Aybaşı başladığı gündən etibarən birinci 12 gün ərzində.
  • Abortdan dərhal sonra
  • Doğuşdan sonra 48 saat ərzində və ya 4 həftədən sonra


  1. UDV təlim keçmiş tibb işçisi  tərəfindən qoyulmalıdır.
  2. UDV qoydurmuş qadın ilk aybaşıdan sonra müayinə üçün tibb işçisinə müraciət etməlidir.
  3. Bir UDV-nin vaxtı başa çatdıqdan sonra fasilə vermədən yeni UDV-ni qoydurmaq olar.
  4. Əgər Siz hamilə qalmaq istəyirsinizsə UDV-nin xaric edilməsi üçün tibb işçisinə  müraciət edin.


UDV-ni qoydurduqdan sonra sancılar, aybaşı ağrılarının və qanaxmasının artması və  aybaşılar arasında az miqdarda qan ifrazı müşahidə oluna bilər.

Narahat olmayın!

Bu əlamətlər təhlükəli deyil və UDV-dən istifadəyə başlayan qadınlar üçün adi haldır. Belə hallar adətən 3 aydan sonra tədricən azalır.

Həkimə yalnız aşağıdakı əlamətlər müşahidə olunduğu halda müraciət etməlisiniz:

  • Aybaşının gecikməsi
  • Qarının aşağı nahiyəsində uşaqlıq yolu ifrazatı və ümumi qızdırma ilə müşayiət olunan güclü ağrılar

Bu əlamətlər çox nadir hallarda rast gəlir.


Xeyr. UDV-nin belə xəstəliklərlə heç bir əlaqəsi yoxdur.


Xeyr. Bu tamamilə yalnış fikirdir.


Bəli. Ağır fiziki iş UDV-nin istifadəsinə heç bir maneə yaratmır.

 

UDV-lər Cinsi Yolla Yoluxan İnfeksiyalar və HIV/AIDS (SPID)-dən QORUMUR!

UDV-lər çox effektiv və təhlükəsizdir. Onların istifadəsi asandır. Əgər Siz hamiləliyinizi planlaşdırmaq üçün UDV-dən istifadə etmək istəyirsinizsə və ya hamiləlikdən qorunmanın Sizə uyğun olan başqa üsulunu seçmək istəyirsinizsə:

  • Ətraflı məlumat almaq üçün «nar» emblemi daşıyan tibb müəssisəsində çalışan  təlim keçmiş tibb işçisinə müraciət edin;
  • UDV qoydurmaq üçün ginekoloqa müraciət edin
  • UDV-ni «nar» emblemi daşıyan aptekdən əldə edə bilərsiniz.