Laktasion amenoreya

Lakrasion amenoreya metodu (LAM) qadına doğuşdan sonrakı ilk 6 ay ərzində körpəsini yalnız döşlə əmizdirməklə özünü hamiləlikdən qorumaq imkanı yaradır. Qadının körpəsini yalnız döşlə əmizdirməsi (əlavə qida və mayelər verməmək şərtilə) yumurta hüceyrəsinin yumurtalıqdan xaric olmasını dayandırır və qadın hamilə qalmır.

* Ana və onun körpəsinin sağlam olması üçün doğuşlararası fasilə ən azı 3 il olmalıdır


Düzgün istifadə olunduqda LAM doğuşdan sonrakı ilk 6 ay ərzində olduqca etibarlı və yüksək dərəcədə effektivdir. 6 aydan sonra LAM təsirini itirdiyindən siz hamiləlikdən qorunmanın başqa müasir üsulundan istifadə etməlisiniz.

  • Hamiləliyin qarşısını alan təbii üsuldur
  • Hamiləliyin qarşısını almaqla yanaşı körpəni daha sağlam və zəngin qida ilə təmin edir
  • Hamiləliyin qarşısını almaq və ya körpənin qidalandırılması üçün əlavə xərc tələb etmir.
  • Döşlə əmizdirmənin erkən başlanmasının (doğuşdan sonra 30 dəqiqə ərzində) və ilk 6 ay ərzində yalnız döşlə əmizdirmənin faydaları:

Ana üçün:

  • Uşaqlığı yığır, nəticədə doğuşdan sonrakı qanaxmanın qarşısı alınır.
  • Ana südünün yaranmasını tənzimləyir.
  • Süd vəziləri və yumurtalıq xərçənginin baş vermə ehtimalını azaldır.

Uşaq üçün:

  • Uşağı lazım olan bütün qida maddələri ilə təmin edir.
  • Uşağı təhlükəli xəstəliklərdən qorumağa kömək edir (ishal, qızılca, pnevmoniya)
  • Ana və uşaq arasında sıx təmas yaradır.



LAM yeni doğmuş bütün qadınlar tərəfindən istifadə edilə bilər əgər:

  • Körpə 6 aydan kiçikdirsə
  • Körpə ana südündən başqa heç bir əlavə qida və ya maye qəbul etmirsə
  • Qadının aybaşısı hələ bərpa olunmayıbsa


  1. Siz körpəni doğuşdan sonra 30 dəqiqə ərzində döşlə əmizdirməyə başlamalısınız.
  2. Körpəni doğuşdan sonra ilk 6 ay ərzində yalnız döşlə əmizdirməlisiniz. Ona əlavə qida və mayelər verilməməlidir.
    Əgər körpəyə əlavə qida və ya maye verilərsə, LAM-ın effektivliyi azalacaq.
  3. Körpəni tez-tez, tələbatına uyğun (ən azı gündə 8 dəfə), gecə və gündüz əmizdirməlisiniz.
  4. Körpənin 6 ayı tamam olanda:
  • ona əlavə qida verməyə başlayın
  • hamiləlikdən qorunmaq üçün müasir üsullardan istifadə edin.



Bəli. Əgər qadın körpəsini yalnız döşlə əmizdirirsə və onun aybaşısı bərpa olunmayıbsa, LAM qadını doğuşdan sonrakı ilk 6 ay ərzində hamiləlikdən yüksək dərəcədə qoruyur.


Uşağın 6 ayı tamam olduqdan sonra onun ana südündən başqa əlavə qidalara da təlabatı olur. Qadın körpəyə əlavə qida verməyə başladıqda süd ifrazı azalır, aybaşı bərpa olunur və onun hamilə qalma ehtimalı artır. Bu zaman o hamiləlikdən qorunmanın müasir üsullarından istifadə etməyə başlamalıdır.





Yadda saxlayın! Abortla muqayisədə LAM, kontraseptiv həblər, inyeksiyalar, kondomlar və UDV-dən istifadə OLDUQCA TƏHLÜKƏSİZDİR. Abort qadının həyatına təhlükə yaradır və gələcəkdə onun hamilə qalmaq ehtimalını azaldan ağırlaşmalara səbəb ola bilər.

İstifadəsi ilə bağlı bütün şərtlərə və qaydalara əməl olunduqda LAM çox etibarlı üsuldur. O asanlıqla istifadə olunur. Əgər siz LAM haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə və ya hamiləlikdən qorunmanın sizə uyğun olan başqa üsulunu seçmək istəyirsinizsə, nar emblemi daşıyan tibb müəssisəsində çalışan təlim keçmiş tibb işçisinə müraciət edin.