Standart Günlər Üsulu
Standart Günlər Üsulu hamiləlikdən qorunmanın sadə və təbii üsuludur. Standart Günlər Üsuluna əsasən aybaşı dövrünün 8-19-cu günləri qadının fertil günləridir. Fertil günlər qadının hamilə qalmaq ehtimalının çox olduğu günlərdir. Üsulun istifadəsi qadının aybaşı dövrü müddətində öz fertil günlərini bilməsinə əsaslanır. Bu günlər ərzində cütlük hamiləlikdən qorunmaq üçün kondomdan istifadə etməli və ya cinsi əlaqədən çəkinməlidir.
Standart Günlər Üsulunun üstünlükləri:
- Sadə və təbii üsuldur
- İstifadə qaydalarını öyrəndikdən sonra tibb işçisi və ya könüllü təlimçinin köməyinə ehtiyac olmur
- Az və ya heç bir xərc tələb etmir
- Əlavə təsirləri yoxdur
- Hamiləliyin qarşısının alınmasında kişilərin iştirakını təmin edir (kondomdan istifadə və ya cinsi əlaqədən çəkinmək)
Standart Günlər Üsulu necə istifadə olunur?
1. Fertil günlərinizi (aybaşı dövrünün
8-19-cu günlərini) dəqiq müəyyən etmək üçün aybaşı qanaxmasının 1-ci günündən 1 saymağa başlayın.
2. Aybaşı başladıqdan sonra, 8-ci gündən 19-cu günədək 8-19 siz və cinsi partnyorunuz:
- cinsi əlaqə zamanı kondomdan istifadə etməlisiniz VƏ YA
- cinsi əlaqədən cəkinməlisiniz
Standart Günlər üsulundan kim istifadə edə bilər?
Aybaşı dövrü müntəzəm olaraq 26-32 gün davam edən qadınlar bu üsuldan istifadə edə bilər.
Bu üsuldan kim istifadə etm əməlidir:
- Daha uşaq istəməyən və ya hamiləliyə tibbi əks-göstərişi olan qadınlar
- Aybaşı dövrü 26 gündən az və ya 32 gündən çox davam edən qadınlar
- aybaşısı kəsilmə mərhələsində olan qadınlar
- yaxın vaxtlarda doğmuş qadınlar
- ilk aybaşısı yaxın vaxtlarda olan yeniyetmə qızlar
Belə qadınlar başqa üsul seçmək üçün tibb işçisinə müraciət etməlidirlər.
Hamiləlikdən qorunmanın təbii yollarından biri də cinsi əlaqənin yarımçıq kəsilməsidir.
Aşağıdakı səbəblərə görə yarımçıq cinsi əlaqə az etibarlı üsul sayılır:
- Kişilərdə istər cinsi əlaqə zamanı, istərsə də sperma ifrazından əvvəl spermanın cüzi miqdarda tökülməsi normal haldır. Ona görə də kişi cinsiyyət əlaqəni yarımçıq saxlasa belə, qadının hamilə qalmaq ehtimalı olur.
- Əgər sperma uşaqlıq yoluna yaxın yerdə ifraz olunarsa kişi cinsi hüceyrələri asanlıqla uşaqlıq yolu istiqamətində hərəkət edə bilər və qadın hamilə qala bilər.
- Yarımçıq cinsi əlaqə kişinin spermanın ifrazına nə dərəcədə nəzarət etməsindən asılıdır. Buna görə də, spermanın ifrazı ilə bağlı problemləri ( spermanın vaxtından əvvəl və ya qəflətən ifrazı) olan kişilərə bu üsuldan istifadə etmək məsləhət görülmür.


